Haqqımızda

   Bitki mühafizəsi - əhalinin meyvə-tərəvəzə olan daxili tələbatı ödəmək üçün mədəni halda becərilən məhsulların qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir sahədir. Azərbaycan əkinçilik və bağçılıq üçün ən əlverişli iqlim qurşağın üzərində yerləşir. Təbiətin bizə bəxş etdiyi bu imkanlardan istifadə edərək əhalinin və sənaye müəssisələrinin tələbatını ödəmək  imkanına malikdir. Amma son illər xəstəliklərin və zərərvericilərin çoxalması  kənd təsərrüfatı sahələrinə ziyan vurmaqdadır.Nəticədə son illər xəstəlik və zərərvericilərlə mübarizə çətinləşir, məhsuldarlıq aşağı düşür.   Bu məqsədlə 2012-ci ildə Balakən rayonunda fəaliyyətə başlayaraq “Modern-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti yaratdıq. İlk gündən intensiv işlər apararaq müasir texnologiya sistemi ilə bağlarda,istixanalarda,qarğıdalı və kartof sahələrində kimyəvi mühafizə və aqrotexniki tədbirlər həyata keçirməyə başladıq. 2016-2017 cı illərdə sınaq məqsədi ilə Balakən,Şabran,Xudat və Quba rayonlarında alma bağlarında,Tovuz, Bərdə,Qax və Zaqaqtala rayonlarında müxtəlif vaxtlarda kartof və qarğıdalı sahələrində   yeni pestisidlər və gübrələrdən son texnologiyaya əsaslanaraq kimyəvi mübarizə və aqrotexniki  tədbirləri apardıq və çox fərqli nəticələr əldə etdik.   2016-ci ilin  sentyabrın 10-də şirkətimiz tərəfindən keçirilən seminarın iştirakçıları bunun canlı şahidi oldular.

       



   2017-ci ildə artıq Respublikamızın bütün bölgələrində bizim təcrübələrimizdən faydalanaraq uğurlu nəticələr əldə edilmişdir. 2017 ci il sentyabrın 9da keçirilmiş Elmi- praktik seminarımızda Azərbaycan Aqrar Universitetinin  və Gürcüstan Respublikasinin  alimləri, bağ sahibləri, həvəskar bağbanlar iştirak etmişdilər. Seminarda iştirakçılar “Modern Aqro MMC” nin fəaliyyəti və uğurları ilə əyani surətdə tanış oldular. Təcrübə bağlarımızın görünüşü və məhsuldarlığı qonaqları heyran etmişdir.    Modern-Aqro” MMC bundan sonra da fəaliyyətini genişləndirərək bağ sahibləri və həvəskar bağbanlar  üçün köməklik məqsədi ilə praktik seminarlar keçirəcək və məsləhət xidmətləri   göstərəcəkdir. Şirkətimiz elmin nailiyyətlərindən istifadə edərək  bağlarda çətin müalicə olunan xəstəliklərlə və hətta məhvi çox çətin görünən zərərvericilərlə mübarizəyə nail olmuşdur. Şirkətimiz, mütəxəssislər və bağ sahibləri üçün ən böyük problem yaradan kaliforniya yastıcasını nəinki məhv etmək hətta onun nəslini kəsmək kimi nəticələr əldə etmişdir.

google analytics kodunuz